“Barsa”dan “Braqa”ya
26.07.2025 - 11:56
“Barselona”nın hücumçusu Pau Viktor karyerasını Portuqaliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 23 yaşlı ispaniyalı forvard “Braqa” klubu ilə 5 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Portuqaliya klubu bu keçid üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək.
Pau Viktor yeni klubunda 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, ispaniyalı hücumçu ötən mövsüm kataloniyalıların heyətində çıxış etdiyi 29 oyunda 2 qola imza atıb.
- Livayadan şok qərar - karyerasını bitirdi
- III MDB Oyunları: Üç stolüstü tennisçimiz finalda - FOTO
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Taekvondo üzrə yeniyetmələrdən ibarət millimiz toplanışa başlayıb
- “Qarabağ” rekordunu, “Zirə” antirekordunu təkrarladı – Musadan ilk poker
0
0