
"Mançester Yunayted", "Liverpul" və "Aston Villa" "Barselona"nın 25 yaşlı hücumçusu Ferran Torreslə maraqlanır.
Apasport.az "El Nacional"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik ispan futbolçunu komandada saxlamaq istəyir, lakin klub rəhbərliyi 40 milyon avroluq təklif gələrsə, onu buraxmağa hazırdır.
Bu mövsüm 25 yaşlı hücumçu bütün turnirlərdə 32 oyuna çıxıb, 13 qol vurub və 3 məhsuldar ötürmə edib. Ferranın "Barsa" ilə müqavilə müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub. İngiltərə klubları Torres üçün lazım olan məbləği ödəmək üçün mübarizə aparır.
"Aston Villa"nın danışıqlarda digər klublardan bir addım öndə olduğu və böyük ehtimalla yayda məhz Birmingem klubunun onu transfer edəcəyi gözlənilir.
- "Fənərbaxça" Türkiyə futbol tarixində bir ilkə imza atıb
- Avstriya evdə, Niderland səfərdə qələbə qazandı - YENİLƏNİB
- Mourinyo “Qarabağ”ın mümkün rəqiblərinə ad qoydu - “Köpək balıqları”
- Saşa Yunisoğlu: “Səbirsizliklə Çempionlar Liqasında çıxış etməyi gözləyirik" - Müsahibə
- Van Persinin oğlu "Feyenoord"la müqavilə imzalayıb