"Barselona" cari ildə ilk dəfə məğlub olub
16.04.2025 - 10:36
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Borussiya”nın qonağı olan “Barselona” bu il ilk dəfə məğlubiyyətlə üzləşib.
Apasport.az xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park” stadionunda keçirilən qarşılaşma alman təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu görüşədək 2025-ci ildə 20 qələbə və 4 heç-heçə ilə irəliləyən Kataloniya klubu üçün bu, ilk məğlubiyyət olub.
Qeyd edək ki, “Barselona” ilk oyunda “Borussiya”nı 4:0 hesabı ilə məğlub etmişdi və iki oyunun nəticəsinə əsasən ümumi hesabda 5:3 üstünlük qazanaraq yarımfinala vəsiqə qazanıb.
- “Bavariya” hücumçusu ilə danışıqlara başlayır
- AFFA nümayəndəsinə UEFA-dan təyinat
- Premyer Liqada debüt, “Qarabağ”ın yeni transferi ilə dostluq və Tovuz azarkeşi - MÜSAHİBƏ
- “Turan Tovuz”un kapitanı: “Qarşımıza avrokuboklara düşmək kimi məqsəd qoyulmayıb” - Müsahibə
- Belaruslu futbolçu: “Azərbaycan necə futbol oynamağı bilir”
0
0