Xavi Hernandez "Real Madrid"lə qarşılaşmada komandasına dəstək ola bilməyəcək.
Apasport.az "Diario Sport"a istinadla xəbər verir ki, "Barselona"nın baş məşqçisi Xavi Hernandez 3 oyunluq cəza alıb.
Xavi diskvalifikasiya olunarsa, “Barselona” qərardan şikayət etməyəcək. Çünki klub bunun vaxt itkisi olduğunu düşünür. İspaniyalı mütəxəssis La Liqada “Atletiko Madrid”lə son matçda (3:0) qırmızı vərəqə alıb.
Qeyd edək ki, 29 turdan sonra "Barselona" La Liqanın turnir cədvəlində 64 xalla ikinci pillədə qərarlaşıb. Növbəti üç turda Kataloniya klubu “Las Palmas”, “Kadis” və “Real Madrid”lə qarşılaşacaq.
- Şəhriyar Əliyev: “Messiyə görə bu dəfə Argentinaya azarkeşlik edəcəyəm”
- Saşa Yunisoğlu: "Futbolçularımız sanki unudub ki, onları azarkeşlər izləyir" - Müsahibə
- "Səbail"in oyunçusu 4 oyunluq cəza aldı, klub 3000 ziyana düşdü
- “Səbail”in futbolçusu Keniya millisinə çağırılıb
- ÇL: “Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər açıqlanıb