"Barselona" Fliklə müqavilə müddətini uzadacaq
13.05.2025 - 09:16

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik klubla yeni müqavilə imzalamağa razılaşıb.
Apasport.az xəbər verir ki, tərəflər müqavilənin 2027-ci ilə qədər uzadılması barədə anlaşıblar.
İddialara görə, razılaşma hələ aprel ayında əldə olunub. Müqavilənin rəsmi olaraq mövsümün sonunda, "Barselona"nın La Liqa çempionluğunu təmin etdiyi zaman elan ediləcəyi gözlənilir.
Flikin Kataloniya nəhəngi ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Qeyd edək ki, Kataloniya nəhəngi alman məşqçinin rəhbərliyi altında Superkuboku və Kral Kubokunu qazanıb.
- Fernandu Santuş: "Portuqaliya və Azərbaycan millilərini müqayisə edə bilməzsiniz"
- Qurban Qurbanov əsəbiləşdi: Planşeti ikiyə böldü - VİDEO
- “Qalatasaray” - “Fənərbaxça” derbisində rekord
- PSJ Zidanın şərtlərini qəbul etdi
- ACF rəsmiləri cüdoda yeni qaydalarla bağlı təşkil olunmuş seminarda iştirak ediblər
0
0