"Barselona" mərkəz müdafiəçisi ilə müqavilə yeniləyəcək
15.01.2025 - 17:27
"Barselona" Ronald Arauxo ilə yeni müqavilə imzalayacaq.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
İspaniya nəhəngi 25 yaşlı uruqvaylı ilə prinsipial razılığa gəlib.
Mərkəz müdafiəçisi ilə klub direktoru Deko arasında müsbət danışıqlar aparılıb. Rəsmi müqavilə detalları yaxın günlərdə müzakirə olunacaq.
Qeyd edək ki, Arauxo 2020-ci ildən "Barselona"nın əsas heyətində forma geyinir. Cari mövsümdə 2 matça çıxan futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Bəxtiyar Həsənalızadə: "Qışda çempion olmağın xüsusi bir dəyəri yoxdur"
- Monqolustandakı “Böyük Dəbilqə” turnirinə qatılacaq Azərbaycan cüdoçuları bəlli olub
- Mən sənin yaşında olanda... - Messi və Ronaldo Yamalın kölgəsində
- Şkrinyar üçün 70 milyonluq tələb
- Jorje Jesus ulduz oyunçunu Ərəbistana gətirmək istəyir
0
0