“Barselona” onu icarəyə verdi
13.07.2022 - 23:37
“Lids”dən Rafinyanı transfer edən “Barselona” əvəzində bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Fransisko Trinkaonu növbəti dəfə icarəyə verib.
Portuqaliya millisinin üzvü qarşıdakı mövsümü ölkəsində “Sportinq”in heyətində keçirəcək. Çünki “Barsa” 22 yaşlı cinah oyunçusunu birillik lissabonlulara icarəyə verib. “Sportinq” mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququna da malikdir.
Qeyd edək ki, Fransisko Trinkao ötən mövsümü icarə əsasında “Vulverhempton”da keçirib.
- Nazim Sadıqovun UFC-də növbəti rəqibi müəyyənləşib
- Roman Qriqorçuk: “Neftçi”nin yüksək hədəflərə çatması üçün Bauerin çox köməyi dəyəcək”
- "Sevilya"nın qapıçısına hücum edən azarkeş həbs olundu
- “Qarabağ”dan israilli futbolçuya 800 min avroluq təklif
- Millətlər Liqasının ən məhsuldar komandasına PROQNOZ
0
0