"Barselona" prezidentinin Klopp planı
07.02.2024 - 09:53
Yurgen Kloppun “Barselona”ya rəhbərlik etmək şansı var.
Apasport.az xəbər verir ki, Kataloniya klubunun prezidenti Xuan Laportanın bu məqsədlə almaniyalı mütəxəssislə görüşməyi planlaşdırdığı bildirilir.
İddialara görə, sözügedən görüş yaxın günlərdə baş tutacaq. Ancaq burda əsas probleç Kloppun ən az 1 il heç bir klubu çalışdırmaq istəməməsidir. Belə ki. 56 yaşlı məşqçi yayda “Liverpul”dan ayrıldıqdan sonra istirahət etmək arzusundadır.
Laportanın almaniyalı ilə görüşdə onu bu fikrindən daşındıra bilib-bilməyəcəyi isə hələlik bəlli deyil.
- "Arsenal" və "Liverpul"un sabiq futbolçusu müflis elan edildi
- Salman Süleymanovun xatirəsinə həsr olunmuş blits şahmat yarışı keçirilib
- AFFA "Neftçi" və "Zirə"ni cərimələdi
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
- "Real Madrid"in ulduzu ciddi zədə alıb
0
0