
“Barselona” qış transfer dönəmində yeni oyunçu almayacaq.
Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun prezidenti Joan Laporta açıqlayıb.
O bildirib ki, hazırkı heyət mövsümü uğurlu yekunlaşdırmaq üçün kifayətdir: “Çox rəqabətli heyətimiz var. Futbolçularımızın əksəriyyəti dünya çempionatına yollanıb. Bu da Xavinin əla iş gördüyünün sübutudur. Qeyri-adi bir hadisə ilə üzləşməsək, yanvarda transfer etməyəcəyik. Hazırda yeni oyunçuya ehtiyacımız yoxdur. Çempionlar Liqasındakı uğursuzluğa baxmayaraq, bu mövsümün nəticələrindən razıyıq”.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsində “Mançester Yunayted”lə qarşılaşacaq “Barselona” hazırda La Liqada turnir cədvəlinə liderlik edir.
- "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"ın Avropa matçlarının hakimləri açıqlanıb
- Ramil oynamadı, komandası qrupda qaldı
- Hücumçu qərarını verdi: "Qarabağ"da xoşbəxt deyil
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə
- Abdullah Zubir yubiley qolunu vurub