“Barselona” Çempionlar Liqasındakı rəqibinin futbolçusuna göz qoyub.
Apasport.az saytı xəbər verir ki, Kataloniya klubu “Antverpen”in yarımmüdafiəçisi Artur Vermeerenə elçi düşüb.
İspanlar bu gün keçiriləcək “Barselona” – “Antverpen” matçında 18 yaşlı futbolçunun oyununu yaxından izləyəcəklər. Onlar Belçika millisinin üzvünü Serxio Busquetsin əvəzləyicisi kimi görürlər. La Liqa təmsilçisinin nümayəndələri futbolçunun transferi ilə bağlı onun agenti ilə əlaqə saxlamaq niyyətindədirlər.
Qeyd edək ki, “Antverpen” futbolçusuna 20 milyon avro qiymət qoyub. Bu mövsüm 9 oyunda iştirak edən Vermeeren 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Beşiktaş” Premyer Liqadan futbolçu transfer edir: MÜDAFİƏÇİ İSTANBULDADIR
- "Neftçi" baş məşqçisi ilə yollarını ayırdı: Komandaya gürcü rəhbərlik edəcək
- Haland: “Onu düşünmək məni dəli edir”
- Abdullah Zubir: “Bu, “Qarabağ”da ən unudulmaz oyunumdur”
- DÇ-2026: Türkiyədən inamlı qələbə, İspaniyadan darmadağın - YENİLƏNİB