"Barselona"da ciddi itki
05.03.2024 - 13:32
"Barselona"nın yarımmüdafiəçisi Pedri İspaniya çempionatının 27-ci turunda "Atletik Bilbao" ilə oyunda (0:0) aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
Apasport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümündə bir daha oynamamaq riski ilə üzləşib.
Xatırladaq ki, bu mövsüm Pedri Kataloniya komandasının heyətində 24 matçda iştirak edib. Yarımmüdafiəçi 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
İspan futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
- "Alanyaspor" "Fənərbaxça"nın futbolçusunu transfer edib
- Nazim Sadıqovun UFC-də növbəti rəqibi müəyyənləşib
- Serdal Adalı: “TFF və MHK prezidentləri istefa verməlidir”
- Polşalı məşhur qapıçı karyerasını başa vurdu
- Hasan Arat klub prezidentliyindən deyil, “Beşiktaş Futbol” AŞ. başqanlığından istefa verdiyini açıqlayıb - YENİLƏNİB
0
0