“Barselona”dan növbəti ulduz transferi
23.07.2022 - 14:07
“Barselona” daha bir ulduz futbolçu transferinə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, kataloniyalılar “Sevilya”nın müdafiəçisi Jül Kundenin keçidinə yaxındır.
“Çelsi”dən sərfəli təklif almasına baxmayaraq, karyerasını “Barselona”da davam etdirmək istəyən 24 yaşlı müdafiəçinin transferi tamamlanmaq üzrədir. Klublar arasında danışıq artıq müsbət yekunlaşıb. Tezliklə keçidin reallaşması gözlənilir.
Qeyd edək ki, “Barselona” yay fasiləsində “Milan”dan Frank Kessye, “Çelsi”dən Andreas Kristensen, “Lids”dən Rafinya və “Bavariya”dan Robert Levandovskini transfer edib.
- Burkina Faso millisinin üzvü “Sumqayıt”da - RƏSMİ
- "Xilasedici"nin Çelenc Kubokunun 1/16 final mərhələsindəki oyunlarının tarixi bəlli olub
- Hakimləri təhqir edən futbolçular və məşqçilər cəzalandırılıb
- Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: "Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var"
- AGF yeni layihəyə start verib
0
0