"Barselona" Joao Kanselonun trasferi üçün israrını davam etdirir.
Apasport.az saytı xəbər verir ki, kataloniyalıların baş məşqçisi Xavi 29 yaşlı portuqaliyalını komandasında görməkdə qərarlıdır.
Futbolçunun transferi üçün ingilislərlə danışıqları davam etdirən Primera təmsilçisində əsas problem transfer qiymətidir. Oyunçusunu 50 milyon avrodan aşağı qiymətə satmaq istəməyən “şəhərlilər” ispanların qiyməti aşağı salmaq təklifi ilə razılaşmırlar.
Qeyd edək ki, son mövsümdə icarə əsasında Almaniya “Bavariya”sının şərəfini qoruyan Konselo 21 oyunda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
- İrəvandakı Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib - BİRGƏ BƏYANAT
- Avropa çempionatında iştirak edəcək güləşçilərimiz müəyyənləşib
- “Qarabağ”– “Neftçi” oyununda Əhmədov
- “Neftçi” Futbol Məktəbinin yeni filialı açıldı - FOTOLENT
- Qurban Qurbanov: “Ovusunun qolundan sonra belə etməklə...”