“Los-Anceles Qalaksi” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, MLS təmsilçisi “Barselona”nın sabiq yarımmüdafiəçisi və kapitanı Serxi Robertonu transfer edib.
34 yaşlı ispaniyalı futbolçu ABŞ klubu ilə 2028-ci il iyunun 30-dək müqavilə imzalayıb. Sözləşmədə 2028/29 mövsümü üçün uzatma bəndi də yer alıb.
Serxi Roberto “Los-Anceles Qalaksi”yə azad agent kimi keçib. O, son olaraq İtaliyanın “Komo” klubunda çıxış edib. Futbolçu “Komo”da bütün turnirlərdə 37 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Serxi Roberto “Barselona”nın yetirməsidir. O, Kataloniya klubunun əsas komandasında 373 matç keçirib, 19 qol vurub və 43 assist edib. Roberto “Barselona” ilə 25 titul qazanıb.
- Fərid Qayıbov Ülviyyə Fətəliyeva ilə görüşüb
- İrəvanda Avropa çempionu olan türkiyəli ağırlıqqaldıranlar Azərbaycana gəlir
- Azərbaycanın 3 boksçusu III MDB Oyunlarına qələbə ilə başlayıb
- "Şəfa" niderlandlı müdafiəçi transfer etdi – "1+1" illik müqavilə
- Arda Gülər: "Milli komandada oynamaq üçün çox darıxıram"