“Bavariya” “30”a çatdı
14.09.2022 - 09:41
“Bavariya” Çempionlar Liqasının qrup mərhələsindəki məğlubiyyətsiz oyunlar seriyasını 30-a çatdırıb.
Apasport.az saytının məlumatına görə, Almaniya klubu II turda “Barselona”nı 2:0 hesabı ilə məğlub edib.
Münhenlilər qrupdakı son xalsız matçını 2017-ci ildə keçirib. Həmin vaxt II turda PSJ “Bavariya”nı 2:0 hesabı ilə yenib.
Həmin vaxtda 30 görüşə çıxan Bundesliqa klubu 27 qələbə qazanıb və 3 heç-heçə edib. Münhenlilər 30 oyunun hamısında qol sevinci yaşayıb.
Qeyd edək ki, “Barselona” mövsümdə ilk dəfə uduzub.
- “Turan Tovuz”un müdafiəçisi Roderik Miller: “Həmin epizodla bağlı şərh verə bilməyəcəm” - Müsahibə
- "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
- FKSB-nin baş məşqçisi: "Qarabağ" yaxşı komandadır"
- “Viktoriya”nın baş məşqçisi: “Qarabağ”la yox, “Ferensvaroş”la oynamaq istərdim”
- “İrəvan”ın prezidenti cəzalandı
0
0