"Bavariya" Joau Palinya transferindən imtina etdi
16.01.2024 - 15:09
"Fulhem"in futbolçusu Joau Palinyanın Münhen klubuna transferi ləğv olunub.
Apasport.az xəbər verir ki, "Bavariya" 28 yaşlı yarımmüdafiəçini transfer etmək fikrindən imtina edib.
Məlumata görə, klub rəhbərliyi transfer üçün 50 milyon avronu xərcləmək istəməyib. Komanda daha çox müdafiə xəttini gücləndirməyə diqqət yetirmək istədiyini bildirib.
Qeyd edək ki, Palinya bu mövsüm "Fulhem"in heyətində 20 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Emin Mahmudov: “Ancaq bu haqda düşünürük”
- AFFA Premyer Liqa klublarının akademiyalarına yerində ziyarət və qiymətləndirmə prosesini başa çatdırıb
- Gəncədə yeni istifadəyə verilən şəhər stadionuna media-tur keçirilib - FOTO
- "Napoli" "Barselona"nın transfer hədəfini əldə etmək istəyir
- “Barselona” Fransa klubunun qapıçısını transfer edə bilər
0
0