“Bavariya” müdafiəçisini 20 milyona satır
16.08.2022 - 22:06
“Bavariya”nın futbolçusu Tanqi Nyanzu karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 20 yaşlı müdafiəçinin xidmətində “Sevilya” maraqlıdır.
La Liqa təmsilçisi futbolçunun özü ilə razılıq əldə edib. Sevilyanın eyniadlı klubu hazırda “Bavariya” ilə danışıqları yekunlaşdırmağa yaxındır.
Münhen təmsilçisi bu keçiddən 20 milyon avro əldə etməyi planlaşdırır. 2020-ci ilin yayında azad agent kimi Almaniya klubuna qoşulan futbolçu bunadək PSJ-də forma geyinib.
Qeyd edək ki, “Bavariya”da 28 matça çıxan Tanqi 1 qol vurub.
- "Qarabağ"ın potensial rəqibləri azaldı - Çempionlar Liqasında
- “Sabah”ın baş məşqçisi: “Qarabağ” böyük olmayan pullara çox keyfiyyətli oyunçular alır”
- Türkiyə klublarının reytinqi: "Fənərbaxça" nəhənglərin önündə
- Azərbaycan millisi İsveç yığması ilə indiyədək 4 dəfə qarşılaşıb - Statistika
- Kamavinqa Bundesliqa yolunda
0
0