"Bavariya" "Real"ın transfer hədəfi ilə danışıqlara başladı
11.05.2025 - 12:39
"Bavariya" müdafiə xəttini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub "Bayer" və Almaniya millisinin müdafiəçisi Conatan Tanın transferində israrlıdır.
Münhen təmsilçisi artıq futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb.
Klubun idman direktorları Maks Eberl və Kristof Froyd arxa xətt oyunçusunu komandanın heyətinə qatmaq niyyətindədirlər.
Həmçinin Xabi Alonsonun "Real"a baş məşqçi təyin olunacağı təqdirdə Tanı Madrid təmsilçisinə transfer etmək istədiyi də bildirilir.
Qeyd edək ki, Conatan bu mövsüm 47 matçda 4 qol vurub və bir məhsuldar ötürmə edib.
- Super Liqadan aşağı liqaya düşən ilk komanda müəyyənləşdi
- Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib
- Qurban Qurbanov: “Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm”
- AFFA-dan Samir Abasova cəza
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
0
0