“Bavariya” yeni mövsümdə heyəti gücləndirməyi planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, Almaniya klubunda əsas hədəflərdən biri Frankfurt "Ayntraxt"ının hücumçusu Randal Kolo Muanidir
Komanda rəhbərliyi artıq 24 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb və onun menecerləri ilə birbaşa danışıqlar aparıb. Fransız futbolçu uğrunda mübarizədə Münhenlilərin əsas rəqibi “Mançester Yunayted”dir.
Bu mövsüm "Ayntraxt"ın heyətində bütün turnirlərdə 40 oyuna çıxan Kolo Muani 20 qol vurub və 14 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Transfermarkt” tərəfindən 65 milyon avro qiymətləndirilən forvardın klubu ilə müqaviləsi 2027-ci ilin yayında bitəcək.
- Adil Şükürov: "Futbolçular anlamalıdır ki, futbol regionunu təmsil edirlər"
- Andrey Lunyovun yeni klubu müəyyənləşdi
- Kamal Quliyev: "Yaltaqlıq, düşüklük eləsəydim, AFFA-da vəzifədə olardım" - "Ofsayd"
- "Yuventus" onu komandadan göndərir
- Azərbaycan millisinin baş məşqçisi: "Digər oyunlara hazırlaşmalıyıq"