"Bavariya"da Saşa Boe şoku
16.09.2024 - 13:51
"Bavariya"nın sağ cinah müdafiəçisi Saşa Boe sıradan çıxıb.
Apasport.az xəbər verir ki, alman nəhəngi bazar günü məşqdə zədələnən fransız futbolçunun sol dizində menisk yırtığı aşkarlandığını bildirib.
"Bavariya" Saşa Boenin bir neçə həftə meydandan uzaq qalacağını açıqlayıb.
Bu, Boenin bu ilin yanvarında "Qalatasaray"dan "Bavariya"ya transferindən sonra aldığı ikinci ciddi zədədir.
Xatırladaq ki, Münhen təmsilçisinin "Qalatasaray"dan aldığı Boe Bundesliqanın cari mövsümündə iki matç keçirib və 1 məhsuldar ötürmə edib.
- “Araz-Naxçıvan” Elmar Baxşıyevlə müqavilə müddətini uzadıb
- “Mançester Yunayted” seçim qarşısında: Qyökereş, yoxsa Osimhen?
- Estoniya millisinin baş məşqçisi: “Azərbaycanla matçda xallarımızı qazanmağa çalışacağıq”
- Elmar Baxşıyev: "Kubokda az da olsa şansımız var"
- ABL: XIV turun növbəti oyunları keçiriləcək
0
0