“Bavariya”nın Levandovski üçün daha bir tələbi
14.07.2022 - 22:12
“Barselona” Robert Levandovskinin transferi üçün “Bavariya” ilə danışıqları davam etdirir.
Apasport.az saytının məlumatına görə, Münhen klubunun ispanlardan daha bir tələbi müəyyənləşib.
Almaniya çempionu Polşa millisinin kapitanı üçün açıqladığı məbləğin hissə-hissə deyil, birdəfəyə ödənilməsini istəyib. Bundesliqa təmsilçisi, xüsusən də, Arturo Vidalın 2018-ci ildəki transferi zamanı ödənişlərlə bağlı qarşılaşdığı problemlərdən sonra “Barselona”nın ödəmə qabiliyyətinə şübhə ilə yanaşır.
Qeyd edək ki, “Bavariya” qolçusunun keçidindən 50-55 milyon avro qazanmağı planlaşdırır.
- Bəxtiyar Musayev Skautlar şöbəsinə rəis təyin olunub
- Afrika Millətlər Kuboku: 1/8 final mərhələsinə yekun vurulub
- "Qarabağ", "Zirə" və "Beşiktaş"ın oyunları bu kanallarda - TV AFİŞA
- Albert Riera: “Rəqibə hörmət edirik”
- Adil Şükürov: “Büdcəmiz kasaddır, ancaq Gəncəyə əbəs yerə “futbolumuzun Məkkəsi” demirlər” - Müsahibə
0
0