“Bayer” Bundesliqa rekordunu təkrarladı
13.11.2023 - 09:10
Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Bayer” Almaniya Bundesliqasında növbəti qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, Leverkuzen təmsilçisi öz meydanında “Union”u 4 cavabsız qolla darmadağın edib.
Bununla da Xabi Alonsonun yetirmələrinin xallarının sayı 31-ə çatıb. “Bayer” Bundesliqa rekordunu təkrarlayıb. Bunadək yalnız “Bavariya” startdakı 11 turda 31 xal toplamağı bacarıb.
Qeyd edək ki, “Bayer” Almaniya çempionatının lideridir.
- Millimizin iştirak edəcəyi yarışa Rusiya və Belarus idmançıları buraxılacaq
- Fiqurlu konkisürmə üzrə Qran-Pri turnirinin qısa proqramı keçirilib - FOTO
- “Cadillac” Azərbaycan Qran Prisinin qaliblərini Bakıya gətirəcək
- "Səbail" Yusif Nəbiyevlə müqavilə müddətini uzadıb
- Qurban Qurbanov: "Deyəcək söz yoxdur"
0
0