"Bayer"də yeni hücumçu
25.01.2024 - 16:22
Leverkuzen “Bayer”i heyətini yeni hücumçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Betis"in hücumçusu Borxa İqlesiasla anlaşıb.
Razılaşmaya əsasən, 31 yaşlı ispaniyalı forvard mövsümün sonuna kimi alman klubunun şərəfini qoruyacaq. Komanda rəhbərliyi razı qalacağı təqdirdə, 8 milyon avro ödəyərək oyunçunun hüquqlarını almaq şansına malik olacaq.
Qeyd edək ki, cari mövsümdə 18 matçda yer alan İqlesias 2 qol və eyni sayda məhsuldar ötürmənin müəllifidir.
- Toral Bayramov: Azərbaycan Futbolunun Yüksələn Ulduzu
- “Arsenal”ın müdafiəçisi İtaliya klubunun radarına düşüb
- Acun Ilıcalı: "Çox önəmli futbolçularla əlaqədəyik" - VİDEO
- “Vinisius karyeramda rastlaşdığım ən yaxşı insanlardan biridir”
- Junior Martins: “Biz hamımız bir olub, məqsədimizə çatdıq“ - MÜSAHİBƏ
0
0