“Bayer”in futbolçusu Madridə yollanıb
22.05.2025 - 12:52
Ekvador millisinin və “Bayer”in müdafiəçisi Pyerо İnkapier yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçu hazırda Madriddədir və “Real”a keçidi müzakirə olunur.
Daha əvvəl də mətbuatda “kral klubu”nun “Bayer”in ekvadorlu müdafiəçisinə maraq göstərdiyi qeyd olunmuşdu.
“Bayer”in baş məşqçisi Xabi Alonso yaxın günlərdə Karlo Ançelottini əvəz edərək “Real”a rəhbərlik edəcək.
İnkapier bu mövsüm 45 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
- “Neftçi” yoxlama oyununda uduzdu
- “Fənər”də Sadettin Saran və Ali Koç arasında təhvil-təslim mərasimi keçirilib
- FKSB-nin futbolçusu “Neftçi”yə transferi barədə xəbərlərə münasibət bildirdi - EKSKLÜZİV
- "Dinamo" "Qarabağ"ın qapıçısı ilə maraqlanır
- “Qarabağ” - “Viktoriya” oyununun biletlərinin satışında PROBLEM
0
0