"Bayern" Noyerin yerinə qapıçı transfer etdi
18.01.2023 - 22:50
"Bayern" Münxenqladbax "Borusiya"sı ilə qapıçı Yann Zomerin transferi məsələsində razılığa gəlib.
Apasport.az xəbər verir ki, futbolçu bu gecə tibbi baxışdan keçib.
İsveçrə millisinin 34 yaşlı qapıçısının transferi üçün ilkin olaraq 8 milyon + 1,5 milyon avro ödənildiyi bildirilir. Müqavilə 2025-ci ilin iyununadək bağlanılacaq.
Qeyd edək ki, "Bayern"in əsas qapıçısı Manuel Noyer dünya çempionatından sonra dağ xizəkçiliyi zamanı zədələndiyindən, yeni qapıçıya ehtiyac duyulub.
- Bosniya və Herseqovinanın Azərbaycan millisi ilə oyun üçün heyəti bəlli olub
- “Qızıl top”da Asiya rekordu
- FIFA 2022-nin ən yaxşı futbolçusu adına namizədləri açıqladı
- Qalmaqal: TÜRK GÜLƏŞÇİYƏ ŞİLLƏ VURDU, DİSKVALİFİKASİYA EDİLDİ - VİDEO
- Parisdəki təmsilçimiz: "Olimpiadada uğur qazanmaq istəyirsənsə..."
0
0