Bekao A Seriyasına qayıda bilər
01.01.2026 - 22:54
Bekao A Seriyasına qayıda bilər

“Fənərbaxça”nın müdafiəçisi Rodriqo Bekao karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçuya hazırda dörd klubdan təklif var.

Belə ki, “Fiorentina”, “Cenoa”, “Torino” və “Verona” braziliyalı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Cari mövsümdə yaşadığı fiziki problemlər və baş məşqçinin seçimləri səbəbindən Super Liqada cəmi bir oyunda meydana çıxan müdafiəçi yenidən İtaliyaya qayıtmağa isti yanaşır.

Qeyd edək ki, Rodriqo Bekaonun “Fənərbaxça” ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.