Belçika millisinin futbolçusu həbs edilib
27.01.2025 - 16:43
Belçika millisinin və “Roma”nın sabiq üzvü Raca Naynqqolan həbs edilib.
Apasport.az xəbər verir ki, futbolçu narkotik alverində günahlandırılır.
36 yaşlı yarımmüdafiəçi narkotik vasitələrin Antverpen limanına çatdırılmasına köməklik göstərməkdə təqsirkar olaraq saxlanılıb.
Xatırladaq ki, ulduz futbolçu son olaraq Belçikanın “Lokeren Temse” klubunda çıxış edib.
Qeyd edək ki, Naynqqolan karyerası ərzində “Roma”, “İnter” “Kalyari” “Spal” kimi komandaların şərəfini qoruyub.
- Əfsanəvi futbolçu yenidən baş məşqçi olur
- Millimiz Kosovo ilə qarşılaşacaq
- “Arsenal”dan qələbə, “Lester” səfərdən xalsız dönür
- Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının 30 illik yubileyi qeyd olunub
- Dünya Taekvondosunun prezidenti: “Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir”
0
0