“Adana Dəmirspor” aparıcı futbolçusu ilə yolları ayırıb.
Apasport.az xəbər verir ki, klubdan verilən açıqlamada Younis Belhanda ilə müqavilənin ləğv olunduğu bildirilir.
33 yaşlı yarımmüdafiəçi ilə keçirilən görüşlər sonunda Adana təmsilçisi bu addımı atıb. Mərakeş millisinin də formasını geyinən orta xətt oyunçusunun xüsusilə son dövrlərdəki davranışı klub daxilində narazılıqla qarşılanırdı. 2021-ci ildən “Adana Dəmirspor” klubunda çıxış edən Belhanda bu mövsüm 20 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Yeri gəlmişkən qeyd edək ki, komanda rəhbərliyi daha bir əcnəbi futbolçunun müqaviləsinə xitam verməyə hazırlaşır. Super Liqa klubu Kevin Rodriqeslə qarşılıqlı anlaşma əldə edə bilsə, 29 yaşlı yarımmüdafiəçi ilə də yolları ayıracaq.
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- İlkay Gündoğan bombası: Mourinyo "Fənərbaxça"da istəyir
- "Sabah" Litvada qələbə qazanıb
- Niko Qonzales “Mançester Siti”də - Rəsmi
- Qəzənfər Abbasov: "Görmüşük ki, məşq və oyun meydançası eyni olar, bizdə isə..." - MÜSAHİBƏ