Bellingemin biri vardı, biri yox...
02.07.2025 - 17:08
Bellingemin biri vardı, biri yox...

Klublararası dünya çempionatının 1/4 finalında baş tutacaq “Borussiya” – “Real Madrid” qarşılaşmasında Cob Bellingem iştirak etməyəcək

Apasport.az xəbər verir ki, 19 yaşlı futbolçu “Monterrey” ilə matçda sarı vərəqə ilə cəzalandırılaraq növbəti matçı qaçırmalı olacaq.

Bununla da, “Real Madrid”lə keçiriləcək qarşılaşmada qardaşı Cud Bellingemə qarşı oynamaq fürsətini qaçıracaq.

Qeyd edək ki, Cob Bellingem ötən ay “Borussiya”ya ”“Sanderlend”dən 30,5 milyon avroya transfer edilmişdi .