Bellinqem “El-Klasiko”da oynayacaq
25.10.2023 - 10:14
Cud Bellinqem Çempionlar Liqasının "Braqa"ya qarşı oyununda zədələnib.
Apasport.az xəbər verir ki, 2-ci qolun müəllifi olan ingiltərəli matçın gedişində xəsarət alıb.
Lakin Cudun “El-Klasiko”nu buraxmaq təhlükəsi yoxdur. O, həftəsonu “Barselona”ya qarşı keçiriləcək görüşdə forma geyinəcək.
Bunu oyundan sonra Madrid klubunun baş məşqçisi Karlo Ançelotti deyib: "Cud Bellinqem “El-Klasiko” üçün risk altında deyil. Onun yalnız kiçik bir narahatlığı var, ciddi zədəsi yoxdur".
Qeyd edək ki, "Braqa" - "Real" matçında qonaqlar 2:1 hesabı ilə qalib gəlib.
- İmaməddin Xəlilov dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib
- Elvin Məmmədov: "Ən azından baxardı ki, milli komandamıza kömək olacaq, ya yox"
- Fikrət Sideifzadə dünya çempionatında iştirak edəcək
- Atıcılarımız Dünya Kubokunda çıxış edəcəklər
- "Miss Xorvatiya" yenə açıq-saçıq geyimi ilə stadionda - FOTOLENT
0
0