Bellinqem şou göstərdi: Matçın oyunçusu seçildi
28.06.2026 - 03:30
İngiltərə millisinin futbolçusu Cud Bellinqem fərdi mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, FIFA onu DÇ-2026-nın L qrupunda Panama ilə keçirilən görüşün ən yaxşı oyunçusu seçib.
Bellinqem İngiltərənin 2:0 hesablı qələbəsində bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, qarşılaşmanı 8,8 reytinq balı ilə başa vurub.
Qeyd edək ki, İngiltərə qrup mərhələsini lider başa vuraraq 1/16 finala vəsiqə qazanıb.
0
0