Türkiyənin “Beşiktaş” klubu yay transfer dövründə heyətini gücləndirmək üçün hücumçu axtarışlarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın “Benfika” klubunda çıxış edən Vangelis Pavlidis üçün rəsmi təklif göndərib.
Məlumata görə, “Beşiktaş” 27 yaşlı yunan hücumçuya görə “Benfika”ya 20 milyon avro təklif edib.
Lakin Portuqaliya klubu bu məbləğin futbolçunun transferi üçün kifayət etmədiyini bildirərək təklifi geri çevirib.
"Correio de Manha"nın məlumatına görə, “Benfika” Pavlidisin transfer hüquqları üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, Pavlidis ötən mövsüm “Benfika”nın heyətində bütün turnirlərdə 53 oyunda 30 qol vurub və 13 məhsuldar ötürmə edib.