“Benfika”nın forvardı Premyer Liqa yolunda
10.04.2025 - 15:13
Portuqaliya təmsilçilərindən "Benfika"nın forvardı Vanqelis Pavlidis karyerasını Premyer Liqada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Nyukasl Yunayted" və "Çelsi" yunan futbolçu ilə yaxından maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, hər iki komanda hücumçunun "Benfika" ilə müqaviləsində yer alan 100 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, 26 yaşlı oyunçu bu mövsüm Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 24 qol, 10 assistlə yadda qalıb.
- Millimiz Türkiyə klubu ilə qarşılaşıb
- Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır
- Azərbaycan boksçuları Dünya kubokunda mübarizə aparacaqlar
- IJF Azərbaycanda cüdonun yubileyi ilə bağlı videoçarx hazırlayıb - VİDEO
- Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
0
0