Benitez: “İngiltərədən bəzi təkliflərim var”
26.08.2024 - 15:36
İspaniyalı məşqçi Rafael Benitez İngiltərə Premyer Liqasına qayıda biləcəyini bildirib.
Apasport.az “The Sun”-a istinadən xəbər verir ki, o, artıq bir neçə təklifinin olduğunu söyləyib:
“Karyeramı İngiltərədə bərpa etməyi düşünürəm. Bəzi təkliflərim var. Artıq bir neçə klub mənimlə maraqlanır”.
Benitez daha əvvəl İngiltərə çempionatında bir neçə komandanı çalışdırıb. Bu siyahıya “Çelsi”, “Liverpul”, “Nyukasl” və “Everton” klubları daxildir. 64 yaşlı mütəxəssisin son iş yeri İspaniyanın “Selta” klubu olub.
- Sərxan Hacıyev: “Ötən il Azərbaycan futbolu üçün uğurlarla yadda qaldı"
- Azərbaycan klubu Bakıda Qazaxıstan təmsilçisi ilə yoxlama oyunu keçirib
- Zakkeroni reanimasiyaya yerləşdirildi – huşunu itirdi
- Tahir Gözel: “Qarşılıqlı inam bizi daha da irəli aparır”
- İngiltərəli vinger sıradan çıxdı - 3 ay oynamayacaq
0
0