
"Real"ın sabiq hücumçusu, hazırda Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun futbolçusu Kərim Benzema Avropaya mümkün qayıdışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Apasport.az xəbər verir ki, fransalı futbolçu bu barədə "goal.com" nəşrinə açıqlama verib.
“Komandaya qayıtdım və özümü daha yaxşı hiss edirəm. Səudiyyə Ərəbistanından getməyimlə bağlı yayılan xəbərlər doğru deyil. Mən burada hər şeydən razıyam. Baş məşqçi ilə bağlı heç bir problem yoxdur. Avropaya köçmək istəyimlə bağlı bütün xəbərlər yalandır. “Əl-İttihad”da xoşbəxtəm”, - deyə o bildirib.
Səudiyyə Ərəbistanı çempionatının bu mövsümündə Kərim 16 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə verib.
- Beynəlxalq Cüdo Federasiyası Akademiyasının eksperti Bakıda qonaq olub
- Ralf Ranqnik: “Azərbaycanda rahat 3 xal qazanacağını düşünə bilmərsən”
- Tahir Gözel: "Son anadək "Slaviya" ilə düşəcəyimizə ümid edirdim"
- Zirədə heç-heçə, "Neftçi"dən ardıcıl 2-ci qələbə - YENİLƏNİB
- "Bahar turniri"nin qalibi bəlli oldu