“Əl-Əhli” Viktor Osimhen transferindən vaz keçmək niyyətində deyil.
Apasport.az saytı xəbər verir ki, nigeriyalı forvarda beş illik 175 milyon avroluq müqavilə təklif olunacaq.
Az əvvəl Ərəbistan klubu bu transfer üçün “Napoli”yə 120 milyon ödəməyə hazır olduğunu bildirmişdi. Amma klub rəhbərliyi 200 milyon avro tələb edərək, bu təklifdən imtina etmisdi.
“Napoli” Osimheni saxlamaq üçün ona klub tarixində ən yüksək maaş verməyi planlaşdırır. Bunadək Napoli klubunda heç bir futbolçu 7 milyon avro qazanmayıb. Ərəblər isə Viktorun Napolidə 5 ildə qazandığını bir mövsümdə təklif ediblər.
Qeyd edək ki, Nigeriya yığmasının üzvü son mövsümdə 39 oyunda 31 qol vurub.
- D kateqoriyalı məşqçi kursları davam edir
- “Səbail”in futbolçusu Keniya millisinə çağırılıb
- Hasan Arat klub prezidentliyindən deyil, “Beşiktaş Futbol” AŞ. başqanlığından istefa verdiyini açıqlayıb - YENİLƏNİB
- Taekvondoçularımız "Moldova Open"də 7 medal qazanıblar
- Elmar Baxşıyev: “Hədəf məni seçiblərsə...”