"Beşiktaş" azarkeşlərinin sevimlisi geri dönür
10.01.2024 - 12:30
Rikardo Kuarejma "Beşiktaş"a geri qayıtmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi İstanbul klubu ilə danışıqlar aparır.
40 yaşlı veteran futbolçunun komandanın yeni baş məqçisi Fernando Santosun köməkçisi olacağı gözlənilir. Kuarejma ilə razılaşmanın yaxın günlərdə imzalanacağı iddia edilir.
Qeyd edək ki, Rikardo 2010-2012 və 2015-2019-cu illərdə "Beşiktaş"ın şərəfini qoruyub. Azarkeşlərin sevimlisi olan portuqaliyalı iki dəfə Türkiyə çempionatının və ölkə kubokunun qalibi olub.
- Mundialın daha iki 1/8 final cütü müəyyənləşdi
- Azərbaycanın gənc qılıncoynadanları Çində dünya birinciliyində iştirak edəcəklər
- Tərlan Quliyev: “Millinin formasını vətəninə sevgisi olanlar geyinməlidir” - MÜSAHİBƏ
- Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
- Elçin Məsiyev Çempionlar Liqasına təyinat alıb
0
0