Türkiyə Super Liqasında XV tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.
"Beşiktaş" "Fənərbaxça"nı qəbul edib. Matç qarşılıqlı hücumlar şəraitində keçib. Oyunun taleyini bir qol həll edib.
"Qara qartallar" minimalhesablı qələbəyə seviniblər. 73-cü dəqiqədə Aleks-Oksleyd Çamberlayn fərqlənib.
Qeyd edək ki, xallarının sayını 25-ə çatdıran "Beşiktaş" dördüncü pillədə qərarlaşıb. "Fənərbaxça" isə 32 xalla ikinci sıradadır.
Türkiyə Super Liqası
XV tur
"Beşiktaş" - "Fənərbaxça" 1:0
Qol: Aleks-Oksleyd Çamberlayn, 73
"Göztəpə" - "Adana Dəmirspor" - 3:1
"Konyaspor" - "Antalyaspor" - 1:1
- Qazaxıstanın millimizlə oynayacağı matç üçün heyəti bəlii olub
- ÇL: Liqa mərhələsinin ən gözəl qolu seçildi
- Kadinin Qurban Qurbanovu əsəbiləşdirməsi və ya son 3 ayda etdikləri
- “Mingəçevir”in təxirə salınmış oyununun vaxtı açıqlandı
- Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub