Kolumbiyalı futbolçu Xames Rodrigesin yeni iş yeri açıqlanıb.
Apasport.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, 31 yaşlı oyunçu növbəti mövsümdən “Beşiktaş”ın formasını geyinəcək.
Bildirilir ki, Rodrigeslə İstanbul təmsilçisi arasında ilkin razılıq əldə olunub. O, “Beşiktaş”a azad agent kimi gələcək. Kolumbiyalı futbolçunun hazırda şərəfini qoruduğu “Olimpiakos”la müqaviləsi mövsümün sonunda bitəcək.
Qeyd edək ki, "Real", "Bavariya", "Monako" və "Portu" kimi klubların formasını geyinmiş Xames Rodriges bu mövsüm Yunanıstan təmsilçisinin heyətində 21 oyuna 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər
- Avropa çempionatı: Millimizin ikinci mərhələdəki rəqibləri bəlli olub
- Hansı oyun, hansı kanalda? - TV AFİŞA
- “Şelburn”un baş məşqçisi: "Qarabağ"a qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur”
- Azərbaycan idmanında ilin ən yaxşıları - YENİLƏNİB