"Beşiktaş" İngiltərənin "Arsenal" klubunun futbolçusu Leandro Trossardın transferində sona yaxınlaşır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Belçika millisinin üzvü ilə 3+1 illik müqavilə barədə razılığa gəlib.
İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, 30 yaşlı cinah oyunçusunun illik maaşı 8 milyon avrodan az olacaq. Müqavilədə müəyyən bonuslar nəzərdə tutulsa da, futbolçuya imza pulu ödənilməyəcək.
Qeyd edək ki, Trossard 2023-cü ilin yanvarından "Arsenal"ın formasını geyinir. O, daha əvvəl Belçikada "Genk", həmçinin İngiltərədə "Brayton" klubunda çıxış edib. Belçika millisinin heyətində isə 50-dən çox oyun keçirib.
- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- Haverts “uzunqulaq” ləqəbinin sirrini açdı: “Onları izləmək məni rahatlaşdırır”
- "Levski"nin direktoru: "Sabah"ı düzgün qiymətləndirməsək... "
- Bölgə klubu çempionat oyununa çıxmayacaq
- Zion Patterson: "Neftçi" ilə matçda qələbə qazanacağımızı gözləyirəm"