“Beşiktaş” Trossardla razılığa gəldi
12.06.2026 - 22:16
“Beşiktaş” heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İstanbul klubu “Arsenal”ın hücumçusu Leandro Trossardla prinsipial razılıq əldə edib.
Bu barədə “CaughtOffside” məlumat yayıb. Bildirilir ki, tərəflər arasında danışıqlar irəliləyib və “Beşiktaş” yaxın vaxtda London təmsilçisi ilə rəsmi görüşmələrə başlayacaq.
Transferin dəyərinin təxminən 20 milyon avro ətrafında ola biləcəyi iddia edilir.
Qeyd edək ki, 31 yaşlı belçikalı futbolçu 2023-cü ildən “Arsenal”da çıxış edir.
- Portuqaliya klubunun müdafiəçisi: "Yalnız "Qarabağ" və "Neftçi"nin təklifini dəyərləndirərəm"
- Fernandu Santuş: "Çıxışımızda müsbətə doğru böyük dəyişiklik var"
- Modriç La Liqada mövsümün rekordunu müəyyənləşdirib
- Qurban Qurbanov: “O, Türkiyədən təklif alsa da, Azərbaycanda qalmaq istədi”
- Qurban Qurbanov: “Ölkə futbolu üçün özümüzü qurban verməyə hazır olmalıyıq”
0
0