"Beşiktaş"da hədəf: İsko
27.11.2023 - 00:09

"Beşiktaş" qış fasiləsində hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Betis"də çıxış edən İskodur. Bu barədə Türkiyə mediası məlumat yayıb.
"Beşiktaş" 31 yaşlı yarımmüdafiəçi üçün İspaniya klubuna rəsmi təklif göndərəcək.
Qeyd edək ki, İsko cari mövsümdə "Betis"in heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirdi
- Rəşad Sadıqov: "Bu söhbət 96-97-ci illərdə qaldı"
- Ayxan Abbasov: "Həvəsdən düşməli deyilik"
- Firdovsi Umudov Gürcüstanda ağırlıqqaldırma federasiyalarının prezidentləri ilə görüşüb - FOTO
- Misli Premyer Liqası: “Neftçi”– “Zirə” matçının təyinatları açıqlanıb
0
0