"Beşiktaş"dan İtaliya klubuna
28.10.2025 - 12:18
"Beşiktaş" aparıcı futbolçularından birini itirə bilər.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun vingeri Milot Raşiça İtaliyaya yollanmağa hazırlaşır.
Kosovo millisinin üzvü ilə “Udineze” yaxından maraqlanır. İtaliya klubu 29 yaşlı futbolçu üçün “Beşiktaş”a rəsmi təklif göndərib və qışda onu transfer etmək istəyir.
Milotun “Beşiktaş”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Vuştriya”(Kosovo), “Vitess”(Niderland), “Verder”(Almaniya), “Norviç”(İngiltərə), “Qalatasaray”(Türkiyə) klublarında oynayıb.
0
0