Leonardo Bonuççi Mert Hakan Yandaşın sosial mediadaki paylaşımına şərh bildirib.
Apasport.az xəbər verir ki, "Adanaspor"la matçda uzun fasilədən sonra "sarı-lacivərdlilər"in heyətində ilk 11-də yer alan Mert Hakan Yandaş 81-ci dəqiqədə komandasının 6-cı qolunu vurub.
Mert Hakan Yandaş matçdan sonra sosial media hesabında paylaşım edib və bu paylaşıma gələn şərhlər arasında ən diqqət çəkəni “Fənərbaxça”nın yeni transferi Leonardo Bonuççi edib.
Bonuççi Yandaşın paylaşımının şərh bölməsinə "Bravo Xavi!" yazıb.
Qeyd edək ki, 5-ci tur matçında "Adanaspor"u 6:0 hesabı ilə məğlub edən "Fənərbaxça" kubokun 1/8 finalına vəsiqə qazanıb.
- "Qalatasaray" baş məşqçisi ilə vidalaşdı
- Fatih Terim: "Qurban Qurbanova xüsusi hörmətim var"
- “Aris”in baş məşqçisi: “Neftçi” ilə oyunun əlavə motivasiyası var”
- "Spartak" - "Əl-Cəzirə" matçı ləğv edildi
- Qurban Qurbanov: “Hər səhvə görə istənilən futbolçumuzu göndərsək, kollektivimiz dağıla bilər” - MÜSAHİBƏ