“Bornmut”un forvardı Premyer Liqada klubunu dəyişə bilər
09.11.2025 - 16:49
“Bornmut”un üzvü Antuan Semenyo qışda klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, "Liverpul" hücumçu ilə yaxından maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mersisayd klubu 25 yaşlı futbolçu üçün 74 milyon avronu gözdən çıxarıb. Oyunçunun özü də “Liverpul”a qoşulmaq istəyir.
Qeyd edək ki, Qana millisinin üzvü bu mövsüm "Bornmut"un heyətində iştirak etdiyi 10 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycan ilə Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir - FOTO
- "Fənərbaxça"nın Çempionlar Liqası heyəti açıqlanıb: Fred yoxdur
- Azərbaycan gimnastı Slovakiya millisinin üzvlərinə təlim keçib
- Nə yaxşı ki, o var: Qurban Qurbanov
- Saşa Yunisoğlu: “Biz güclü komandaları udurduq, indi millidə ruh görmürəm” - Müsahibə
0
0