Marsel Zabitser özunə yeni klub axtarmaqda davam edir.
Apasport.az saytı xəbər verir ki, “Bavariya” avstriyalı futbolçu ilə vidalaşmaq niyyətindədir.
2022/23 mövsümün ikinci hissəsini icarə əsasında “Mançester Yunayted”də keçirən Zabitserin ingilis klubuna transferi gündəmdə idi. Amma “qırmızı şeytanlar” sonradan bu variantdan vaz keçiblər. Münhen klubu 15-20 milyon avro qarışılığında Marselin keçidinə “yaşıl işıq” yandıracaq. Dortmund “Borussiya”sı avstriyalı futbolçu ilə yaxından maraqlanır. Klubun icraçı direktoru Sebastyan Kel qarşı tərəflə danışıqlara başlayıb. Dortmundlular ABŞ turnesinədək bu transferi bitirmək istəyirlər.
Qeyd edək ki, Sabitzer “Bavariya”dan əvvəl “Leyptsiq”in heyətində çıxış edib.
- Kamandan oxatma üzrə gənclər arasında ölkə birinciliyinin rəsmi açılış mərasimi keçirilib
- "Real"ın futbolçusu "Napoli"nin radarında
- Futbol millimiz darmadağın olub - 0:10
- Tarixdə 286-cı sınaq və ya Canni de Byazi ilə “30”
- "Mingəçevir"in baş məşqçisi: "Heç kəs belə bir şəxsin kluba gələcəyini demir" - MÜSAHİBƏ