“Borussiya”da 4 illik anlaşma
23.05.2022 - 21:34
Dortmund “Borussiya”sı mövsümlərarası fasilədə daha bir futbolçu ilə güclənib.
Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
Bundesliqa təmsilçisi Salih Özcanla müqavilə imzalayıb. 24 yaşlı yarımmüdafiəçi ilə anlaşma 4 il müddətinə - 2026-cı ilin yayına qədər nəzərdə tutulub. O, 2020-ci ildən “Köln”ün formasını geyinirdi.
Qeyd edək ki, Özcan başa çatan mövsümün 34 oyununda 2 qol vurub.
- “Fənər”in cəzası müəyyənləşdi - 3 matç iştirak edə bilməyəcəklər
- İlham Əliyev: “Azərbaycan idmançıları öz gücləri ilə seçilirlər”
- "Zirə" və "Turan" xalları bölüşdü - YENİLƏNİB
- “Qalatasaray” Avropada turu keçsəydi, bu gün bu matç oynanılardımı?“ - Ali Koç - YENİLƏNİB
- "Qarabağ" yoldaşlıq görüşündə də acımadı
0
0