"Borussiya"da ciddi itki
05.10.2024 - 12:33
Almaniyanın "Borussiya" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Dortmund təmsilçisinin futbolçusu Kərim Adeyemi sıradan çıxıb.
Almaniyalı vinger ayaq əzələsindən zədə alıb. 22 yaşlı ön xətt oyunçusu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Borussiya" Kərim Adeyemini 2022-ci ilin yayında "Zalzburq"dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Çelsi"nin futbolçusu yenə zədələndi - ”Barsa” ilə matçda iştirak edə bilməyəcək
- Flavinyo: “Neftçi”yə bunun əvəzini çıxmaq o qədər də çətin deyil”
- İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
- “Qalatasaray”ın futbolçusu İtaliyada qalacaq?
- Azərbaycanın 8 boksçusu "Böyük İpək Yolu" turnirində ən azı bürünc medalı təmin edib
0
0