"Borussiya"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək
08.05.2024 - 16:56
Dortmund “Borussiya”sından ayrılacağını açıqlayan Marko Roys gələcək karyerası haqda qərarını verib.
Apasport.az xəbər verir ki, alman yarımmüdafiəçinin yeni ünvanı ABŞ olacaq. Roys MLS təmsilçiləri ilə danışıqlar aparır.
2013-cü ildən “Borussiya”da çıxış edən Roys mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Qeyd edək ki, Marko Roys Dortmund klubu ilə 2 dəfə Almaniya kuboku, 2 dəfə isə Almaniya superkubokunu qazanıb. O komanda ilə ümumilikdə 424 rəsmi oyun keçirib, 168 qol vurub və 128 məhsuldar ötürmə verib.
- UĞURLU, YOXSA UĞURSUZ? - 100 milyon avronu keçən transferlər
- Robert Prosineçki Kimdir? Azərbaycan Millisinə Qayıdacağı Ehtimal Edilən Mütəxəssis
- “Prezident Kuboku-2025” beynəlxalq reqatasına Suqovuşanda start veriləcək
- Paris-2024: Anna Başta Olimpiadada mübarizəni dayandırdı
- İtaliya klubunda yeni baş məşqçi
0
0