“Borussiya”nın “Real”dan tələbi
25.10.2022 - 00:47

İspaniyanın “Real” klubu Cud Bellingemin xidmətində maraqlıdır.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu Dortmund “Borussiya”sında çıxış edən yarımmüdafiəçini qarşıdakı transfer pəncərəsində heyətinə qatmaq istəyir.
Almaniya təmsilçisi Cudun əvəzinə təkcə pul deyil, Braima Diası da tələb edir. Hazırda “Milan”da icarədə olan futbolçu Bundesliqa klubunun hədəfindədir.
Qeyd edək ki, cari mövsümdə Cud 12 oyunda 4 qol vurub.
- Kaxaber Tsxadadze: "Bu çempionat daha çox azarkeşə layiqdir"
- Bakıdakı Dünya Kubokunda 66 ölkədən 701 iştirakçı
- Bədavi Hüseynov: "Sabah əvvəlki matçlardan daha yaxşı oyun göstərə bilərik"
- “Real”a Çempionlar Liqasında kömək etməyə bilər
- Tanınmış futbolçumuzun atası HƏBSDƏ ÖLDÜ: anasını güllələmişdi...
0
0